Türkiyə HHQ hücumlar hazırlayan 12 PKK terrorçusunu məhv edib

Türkiyə HHQ hücumlar hazırlayan 12 PKK terrorçusunu məhv edib backend

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 12 PKK terrorçusunu məhv edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı bəyanatda deyilir.

Bəyanatda deyilir: "Türkiyə HHQ martın 20-si İraqın şimalında yerləşən Hakurk rayonunda 12 PKK terrorçusu məhv ediblər".

Qeyd edilir ki, terrorçular hücumlar hazırlayırdılar.