Yaşamaq üçün ən yaxşı və ən pis şəhərlər müəyyənləşdi

Yaşamaq üçün ən yaxşı və ən pis şəhərlər müəyyənləşdi backend

Dünyada yaşamaq üçün ən yaxşı və ən pis şəhərlər açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı "Mercer" şirkəti araşdırma aparıb. Şirkət 231 şəhərdə siyasi vəziyyət, tibbi imkanlar, təhsil, qiymətlər, cinayətkarlıq, nəqliyyat və yaşayış səviyyəsini araşdırıb.

Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri siyahısının ilk "10-luğ"unda Avropadan 8, Yeni Zellandiya, Avstraliya və Şimali Amerikadan bir şəhər yer alıb.

Avtriyanın paytaxtı Vyana ardıcıl 9-cu dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri olub. İkinci pillədə Sürix, üçüncü yerdə Yeni Zellandiyanın Aukkland, dörüncü pillədə Almaniyanın Münhen, beşinci yerdə Kanadanın Vankuver şəhərləri yer alıb.

Hesabatda son dövrlər Şərqi Avropa şəhərlərində müşahidə olunan yüksəliş diqqəti çəkir. Məsələn, Sarayevo 159-cu, Bratislava 80-ci pilləyə yüksəlib.

25-ci pilədə qərarlaşan Sinqapur Asiyanın yaşamaq üçün ən yaxşı şəhəri olub. Latın Amerikasının ən yaxşı şəhəri isə 77-ci pilləni tutan

Yaşamaq üçün ən pis şəhər isə Bağdad olub. İraqın paytaxtı artıq 10 ildir ki, siyahının sonuncu pilləsində qərarlaşıb. Yəmənin paytaxtı Səna və Suriyanın paytaxtı Şam yenə ən ən pis şəhərlər siyahısında yer alıb.