Rusiyanın yeni ərazi ilhaqı

Rusiyanın yeni ərazi ilhaqı backend

Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyası ilə Abxaziya Respublikası arasında müttəfiqlik və strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında” federal qanunu təsdiq edib.

Bu barədə Kremlin saytında bildirilir. Qanun Gürcüstanın seperatçı ərazisi ilə Rusiya Federasiyası arasında 24 noyabr 2014-cü il tarixdə Soçidə bağlanmış sazişi təsdiq edir.
Sazişdə müdafiə və təhlükəsizlik məsələləri də nəzərdə tutulur. Həmçinin sazişin 13 bəndinə görə, Rusiya Federasiyası Abxaziya vətəndaşlarının Rusiya vətəndaşlığına keçirilməsi üçün prosedurları sadələşdirməlidir. Məhz buna görə saziş bir sıra ekspertlər tərəfindən Krımdan sonra Rusiyanın yeni ərazi ilhaqına hazırlığı kimi dəyərləndirilir.
Bu federal qanun Dövlət Duması tərəfindən 23 yanvar 2015-ci il tarixdə qəbul edilib və Federasiya Şurası tərəfindən 28 yanvar 2015-ci ildə bəyənilib.
Diaspora