Məhkəmədən Salih Müslimlə bağlı - Son qərar

Məhkəmədən Salih Müslimlə bağlı - Son qərar backend

Çex Respublikası PYD-nin sabiq həmsədri, Salih Müslimlə bağlı hüququ prosedurları başa çatdırıb.

Teleqraf.com xəbər verir ki, Çex hüquq-mühafizə orqanları Türkiyənin qırmızı xətlə axtarışa verdiyi terrorçu haqqında cinayət işini bağladığını bəyan edib.

Çexiya məhkəməsinin sözçüsü Stepanka Zenklov deyib ki, prokurorluq Müslim haqqında prosesi başa çatdırmaq qərarını verib:

“Buna səbəb Salih Müslimin Çexiya sərhədləri içərisində olmaması və bu səbəbdən də onun Türkiyəyə ekstradisiyasının mümkünsüzlüyüdür”.