Səudiyyədə tarixi qərar: Artıq məcburi deyil

Səudiyyədə tarixi qərar: Artıq məcburi deyil backend

Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ölkəsi üçün inqilabi mahiyyət daşıyan bir qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyet” yazıb.

Məlumata görə, Səudiyyə Ərəbistanında qadınlar bundan sonra cəmiyyətin qanunlarına hörmətsizlik etmədən uyğun şəkildə geyinəcəkləri halda hicab taxmaq məcburiyyətində olmayacaqlar.

“1979-cu ildən əvvəl Səudiyyə Ərəbistanında həyatımızı təbii şəkildə yaşayırdıq. Din qara çarşabı şərt qoşmurdu. Qadının örtülmək üçün qaranı seçməsi öz seçimidir”, - Salman bildirib.