“Yəmən hadisəsi Səudiyyə rəhbərliyinin müdriklikdən uzaq, cahil bir düşüncəyə sahib olduğunu göstərir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Ali dini lideri Ayətullah Əli Xameneyi çıxış edib. O, İraq Prezidenti Fuad Masumla görüşdə Səudiyyə Ərəbistanının Yəməndə apardığı hərbi əməliyyatlarla bağlı sərt açıqlama verib:“Yəmən hadisəsi Səudiyyə rəhbərliyinin müdriklikdən uzaq, cahil bir düşüncəyə sahib olduğunu göstərir. Səudiyyənin Yəmənə hücum səbəbi axmaqcadır. Onlar ölkənin ən həssas dövründə istefa verib qaçan prezidentin istəyi ilə Yəmənə hücum etdilər. Səudiyyə Ərəbistanı Yəməndə böyük səhvə yol verdi. Səudiyyənin Yəməndə törətdiyi qətllər bir gün onun yaxasına yapışacaq”.