İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru BMT TŞ-yə ünvanlanmış məktubda yazıb.
Qaziler.az Xezerxeber.com-a istinadən bildirir ki, İran İslam Respublikası Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya qüvvələrinin İranın Yəmənə humanitar yardımlar göndərməsinə mane olması barədə BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib.İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru BMT TŞ-yə ünvanlanmış məktubda yazıb ki, İran İslam Respublikası Yəmən xalqının ağrı və acılarını mümkün olan bütün vasitələrlə azaltmağa çalışıb, amma koalisiya qüvvələri bu səylərin qarşısını alıblar. Xoşru əlavə edib: "Bu bir reallıqdır ki, Yəmənin sivil infrastrukturları və nəqliyyat sektorunun koalisiya qüvvələri tərəfindən məhv edilməsi bu ölkəyə yardımların göndərilməsini çətinləşdirib. Belə bir şəraitdə BMT Yəməndə 12 milyon insanın təxirəsalınmaz yardımlara ehtiyaclı olduğunu bildirib."
Xatırladaq ki, İranın humanitar yardımlarını daşıyan gəmi bazar ertəsi günü Yəmənə doğru yola düşüb.