Zeytun budağı əməliyyatı çərçivəsində Afrini mühasirəyə alan türk əsgərləri şəhər mərrkəzinə tamailə yaxınlaşıb
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, əsas yüksəklikləri mühasirəyə alan türk əsgərləri ilə Afrin şəhər mərkəziniin şimal tərəfindəki məsafə 750 metrdir.Azez ilə Afrin arasındakı yolu nəzarət altına alan TSQ və ASO əsgərləri Afrin şəhər mərkəzinə 750 metr məsafəyə çatıb.
Afrin şəhər mərkəzinin şimal girişində terrorçuların quru hücumlarının qarşısı alınır.
Yerli qaynaqlardan verilən məlumata görə, binaların damlarında snayperlərin olduğu bildirilir. Afrin şəhər mərkəzinin girişində xəndəklər qazılıb və torpaq sipərlər qoyulub.
Afrin şəhərinin küçələrində səssizliyin hökm sürdüyü bildirilir. Mülki şəxslər terrorçuların hücumlarından və TSQ və ASO-nun keçirəcəyi əməliyyatdan zərər çəkməmək üçün cənub bölgəsinə doğru hərəkət etdikləri qeyd olunur.