Çavuşoğludan təxribatçı suala sərt cavab – Video

Çavuşoğludan təxribatçı suala sərt cavab – Video backend

Astanadakı Suriya zirvəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ona təxribat xarakterli sual ünvanlayan qazaxıstanlı jurnalisti özünəməxsus şəkildə tənqid edib.

Axar.az xəbər verir ki, jurnalistin “Afrin əməliyyatı Suriyanın ərazi bütövlüyünə hücum deyilmi? İsveçrədə iki türk diplomatın qaçırılmasında təsiriniz varmı?” suallarına XİN rəhbərinin reaksiyası sərt olub.

“Kim olduğunuzu bilmirəm, ancaq soruşduğunuz suallara baxanda FETÖ-çu olduğunuzu gördüm. Bu tip suallara cavab verməyəcəm. Afrin əməliyyatı ilə bağlı lazımı məlumatları vermişik”, - Çavuşoğlu bildirib.