Əməliyyatdan əvvəl poza verib şəkil çəkdirən qadın terrorçuların hamısı məhv edildi - FOTO

Əməliyyatdan əvvəl poza verib şəkil çəkdirən qadın terrorçuların hamısı məhv edildi - FOTO backend

Afrində davam edən əməliyyatdan əvvəl poza verərək "Afrini qoruyacayıq" deyən qadın terrorçuların hamısı məhv edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Zeytun budağı" əməliyyatı tam sürətlə davam edərkən bölgədəki terrorçular da addım-addım təmizlənir. Əməliyyatda öldürülən terrorçulardan isə onların silah-və sursatları qalır.

Terrorçulardan ibarət 15 nəfərlik qrup "Zeytun budağı" əməliyyatından əvvəl, yanvarın 8-də çəkdikləri bir fotonu "Afrinli gənc qızlar Afrini qorumağa hazırdır" sözləri ilə "Twitter" və "Facebook"da paylaşmışdılar. Fotodakı bütün PKK/YPG-li terrorçuların öldürüldüyü məlum olub.

Öldürülən YPG-li qadın terrorçular onların komandiri tərəfindən Qamışlıya göndərilərək orada 2 ay ərzində təlim keçmiş və Afrinə göndərilmişdi.