Əgər Qazaxıstan ABŞ vətəndaşlarına vizasız rejim təqdim etmək istəyirsə, bunu Rusiya ilə razılaşdırmalıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.“Bunun haqqında heç bir məlumata sahib deyildim. Səhər Astanada olacağam, həmkarım və dostum Kayrat Abdurəhmanovla görüşəcəyəm. Bu tip məsələlər Avrasiya İttifaqı çərçivəsində razılaşmalara təsir edəcək. Ona görə ki, Avrasiya İttifaqında da vizasız rejim hökm sürür”, – deyə o bildirib.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ABŞ səfəri zamanı Amerika vətəndaşlarına vizasız rejim tətbiq etdiklərini açıqlayıb.