Boşuna həvəslənməyin, işimiz bitmədən oradan çıxmayacağıq - Ərdoğan

Boşuna həvəslənməyin, işimiz bitmədən oradan çıxmayacağıq - Ərdoğan backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Avropa Parlamenti Afrində əməliyyatı dayandırmamızı istəyir. Biz işimiz bitməyincə oradan çıxmayacayıq" - deyib.

Qaziler.az "Zeytun budağı" əməliyyatının dayandırılmasını istəyən Avropa Parlamentinə kəskin etiraz edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Avropa Parlamentində Afrində bizim əməliyyatı dayandırmağımızı istəyirlər və s. Boşuna həvəslənməyin, işimiz bitmədikcə oradan çıxmayacağıq. Bunu bilin" - deyib.

"Zeytun budağı" əməliyyatı ilə bağlı son məlumatları paylaşan Ərdoğan deyib: "Afrində zərərsizləşdirilən terrorçu sayı 3525 oldu. Bu iş bitir və bitəcək, az qaldı".