Afrinin 70 faizi terrorçulardan təmizlənib - 3524 terrorçu məhv edilib

Afrinin 70 faizi terrorçulardan təmizlənib - 3524 terrorçu məhv edilib backend

Türkiyə Sİlahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində həyata keçirdiyi əməliyyatlar nəticəsində məhv edilən terrorçuların sayı 3524-ə çatıb.

ATV.az Baş Qərargaha istinadən xəbər verir ki, təkcə ötən gecə PYD-YPG və İŞİD terror qruplaşmalarının 80 üzvü zərərsizləşdirilib. Bildirilir ki, Afrini mühasirəyə alan ordu, şəhərin mərkəzi istiqamətində irəliləyir. Qeyd edək ki, son döyüşlər zamanı daha 4 kənd azad edilib. "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 1300 kv. km ərazi yəni Afrin bölgəsinin 70 faizi terrorçulardan təmizlənib.