Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində strateji əhəmiyyətə malik olan Zirikat və Deyr Müşmüşə kəndlərini terrorçulardan azad edib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.Məlumatda bildirilib ki, bu kəndlərin alınması ilə ordu ilə Afrin arasında yalnız 1 dağ və 600 metrlik məsafə qalıb.
***
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin Kafer Çil, Birka, Alicaro və Hamoraco kəndlərini terrorçulardan azad edib.