“Ukraynalılar Böyük Vətən Müharibəsinin ilk aylarında SSRİ-yə qarşı kütləvi xəyanət ediblər”.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rossiya-1” kanalında qatıldığı proqramda deyib. Jirinovskinin bu çıxışı ukraynalıları hiddətləndirib:“Böyük Vətən Müharibəsinin ilk aylarında 4 milyon qırmızı ordu əsgəri almanlara təslim olub. Onlar əsasən, Qərbi Ukraynadan səfərbərliyə cəlb edilən əsgərlər idi. Həmin əsgərlərin arasında ruslar olmayıb”.