ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland mayın 14-də Kiyevə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vesti” qəzeti yayıb. Qəzetin məlumatına görə, səfər iki gün davam edəcək.Nulandın gəlişinin əsas məqsədlərindən biri Minsk razılaşmasının reallaşdırılması ilə bağlı Kiyevlə danışıqların aparılmasıdır. Bundan başqa, Nulandın gəlişinin bir səbəbi də Putinlə Kerrinin görüşüdür. Qəzetin iddiasına görə, Vaşinqton Nuland vasitəsilə Kiyevə növbəti mesajını çatdırmış olacaq ki, bu da Ukraynada mühüm dəyişikliklərə səbəb ola bilər.