Türk Silahlı Qüvvələrinin Afrinə girişi üçün bütün hazırlıqlar başa çatıb.
Qaziler.az bildirir ki, dünən Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu əsgərlərinin Afrinin cənubuna doğru irəliləməyə davam etdiyi haqda məlumat yayılmışdı. Afrin tam mühasirəyə alınıb.Əhalini özlərinə qalxan edən xain terror təşkilatları hazırda mühasirəni yarmağa çalışarkən mülki şəxslər vahimə içərisində Afrinin cənubundan daha təhlükəsizlik bölgələrə qaçmağa çalışırlar.
Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu hazırda Afrinin cənubundan başlayaraq sivillərin təxliyyəsi üçün təhlükəsiz dəhliz yaratmağa başlayıb.
Cənub sərhəddindən Afrini tərk edə bilməyən sivillər buradan Afrinin üst tərəfinə doğru irəliləyərək onun şərq tərəfində olan təhlükəsiz “Fırat Qalxanı“ bölgəsinə getdikləri ilə bağlı məlumat yayılıb.
Bir sözlə, TSQ və ASO mülki şəxsləri Afrindən çıxararaq terrorçuların “işinə baxacaq“.






