Türkiyə Böyük Millət Məclisində CHP-li və MHP-li deputatlar dava edib.
O anlar kameralara düşüb.Qaziler.az bildirir ki, seçim ittifaqı ilə bağlı Məclisdə müzakirəyə çıxarılan qanun təklifinin qəbul edilməsindən sonra sərt mübahisə yaşanıb.
Bu mübahisələrin ardından kürsüyə çıxan CHP İzmir millət vəkili Musa Çam MHP sədri Devlet Baxçalını təhqir edib.
CHP-li Çamın bu sözlərindən sonra Məclisdə gərgin anlar yaşanıb. CHP-li millət vəkilinin Məclisdən çıxarılmasıyla məsələ bitməyib, dəhlizdə gərginlik davam edib və deputatlar şillə-təpiklə bir-birinə hücum ediblər.



