SSRİ xalq artisti vəfat etdi

SSRİ xalq artisti vəfat etdi backend

SSRİ xalq artisti, rus teatr və kino aktyoru, rejissor Oleq Tabakov vəfat edib

Qaziler.az bildirir ki, aktyor uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.

Oleq Tabakov bir neçə ay bundan əvvəl xəstəxanaya yerləşdirilib və bu gün orada vəfat edib.

Aktyor sovet tamaşaçısının çox sevdiyi “Baharın on yeddi anı“ çoxseriyalı filmindəki Valter Şellinberq obrazı ilə daha çox tanınıb. Bundan başqa o, “Moskva göz yaşlarına inanmır“, “Müharibə və sülh“, “On iki stul“, “Dartanyan və üç muşketyor“ filmlərində də çəkilib.