Misir Rusiyadan C-300 zenit-raket komplekslərini ala bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi özünün İsraildəki mənbələrinə istinadən yayıb.Agentliyin məlumatına görə, hələlik rəsmi olaraq bu barədə informasiya təsdiqlənməyib.
Qeyd edək ki, bu ilin mart ayında Misirin Rusiyadan Antey-2500 sistemlərini alacağı haqqında məlumat yayılmışdı. Məlumatda tərəflər arasında imzalanan layihənin dəyərinin milyard dollar olduğu bildirilmişdi.
Bir müddət öncə Rusiya İrana C-300 raketlərinin satışı ilə bağlı qoyduğu vetonu ləğv etmiş və bu addım İsrailin kəskin etirazı ilə qarşılanmışdı.