Almaniya Bundesliqasının 26-cı turu çərçivəsində baş tutan “Borussiya Dortmund”-“Ayntraxt Frankfurt” qarşılaşmasında PKK tərəfdarları Türkiyəyə qarşı təxribata əl atıb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, qarşılaşma zamanı Dortmund təmsilçisinin azarkeşləri sırasında əyləşmiş bir qrup şəxs Afrinlə bağlı plakat açıb.“Yaşa YPG! Afrini müdafiə et" yazılmış plakat Türkiyə mətbuatında gündəmə çevrilib.
Qeyd edək ki, sözügedən komandaların hər ikisi müxtəlif vaxtlarda “Qarabağ” klubunun Avropa liqasında rəqibi olub.



