Bu gün Berlinin Raynikendorf rayonunda məscid yandırılıb.
APA-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və məsciddə yanğın törədib.Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıblar. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.