Putin: "Krımın qaytarılması heç bir şəraitdə mümkün deyil"

Putin: "Krımın qaytarılması heç bir şəraitdə mümkün deyil" backend

Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib ki, Krımın qaytarılması heç bir şəraitdə mümkün deyil.

"Report" TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bunu Andrey Konraşovun telefilmi üçün hazırlanan müsahibəsində deyib.

"Nə danışırsınız? Dəli olmusunuz? Belə bir şərait (Krımın qaytarılması - red) yoxdur və heç vaxt da olmayacaq", - deyə dövlət başçısı belə bir şəraitin yaranıb-yaranmayacağı barədə suala cavabında deyib.

Telefilm sosial şəbəkələrdə yayılıb.