Türk Silahlı Qüvvələrinin terrora qarşı apardığı əməliyyatlarda istifadə etdiyi "Eşşək arısı" dronu, dedektor köpəklər və helikopter dronlar terrorçuların kabusu halına gəlib
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, terror təşkilatı PKK başda yol kənarları olmaqla müxtəlif ərazilərə yerləşdirərək təhlükəsizlik qüvvələrinin o ərazidən keçdiyi zaman partlatdığı minalar ilə artıq öz xain əməllərinə çata bilmirlər. TSQ-nin terrora qarşı apardıqları əməliyyatlarda qısa müddət ərzində istifadəyə başladığı, dünyanın çox az sayda ordusu tərəfindən istifadə olunan və “Black hornet” adı verilən “Eşşək arısı” dronu, dedektor itlər və helikopter dronlar ilə birlikdə terrorçuların kabusu halına gəlib.Türkiyənin mina zərərsizləşdirilməsi sahəsində ixtisaslaşmış METİ xüsusi təyinatlıları dronlardan istifadə edərək minaları uzaq məsafədən partladaraq təhlükəsizliyi təmin edib.
Üzərində kamerası olan və səssiz şəkildə üçan “Eşşək arısı” dronu dedektor köpəklərlə tapdıqları əldəqayırma partlayıcıları, helikopter drona taxdıqları aparatla patlayıcınının yerini müəyyənləşdirərək üzərinə onu alovlandırmaq üçün istifadə olunan "kapsul" buraxaraq yaxınlaşmadan məhv edir. Beləliklə, baş verə biləcək itkilərin qarşısı alınaraq terrorçuların xain planı da pozulur.
_1520780280.jpg)
_1520780400.jpg)
_1520780400.jpg)
_1520780460.jpg)