Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın obyektlərində vergi orqanlarının əməkdaşları yoxlamalara başlayıblar.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.“Doğrudur, ona yazılan cərimə o qədər də böyük deyil. Bu, təxminən 8 milyon dramdır, lakin onun siyasi konteksti kifayət qədər şəffafdır. Hökumət Abramyanı xəbərdar edir ki, özünü ağıllı aparsın. Belə ki, Abramyan son zamanlar tez-tez Tiflisə və Soçiyə səfərlər etməyə və burada keçmiş dostları ilə görüşməyə başlayıb”, – deyə qəzet bildirib.