Serbiyadan Türkiyəyə dəstək - Parlament rədd etdi

Serbiyadan Türkiyəyə dəstək - Parlament rədd etdi backend

Qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi Serbiya parlamentinin gündəliyinə daxil edilməyib.

Axar.az xəbər verir ki, müxalif Yeni Partiyanın sədri Zoran Zivkoviçin təklif etdiyi layihə səs çoxluğu ilə rədd edilib.

Qanun layihəsinin parlamentin gündəliyinə daxil edilməsinə qarşı 139 millət vəkili çıxıb, cəmi 7 deputat isə bunu dəstəkləyib.

Qeyd edək ki, qondarma erməni iddialarının soyqırım kimi tanınması ilə bağlı Serbiya parlamentinə ilk müraciəti 2010-cu ildə Serb Radikal Partiyası etmişdi.