Ərdoğan: “Bu gün Afrindəyik, sabah Minbiçdə, ertəsi gün...”

Ərdoğan: “Bu gün Afrindəyik, sabah Minbiçdə, ertəsi gün...” backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fıratın şərqinin İraq sərhəddinə qədər terrorçulardan təmizlənəcəyini bildirib.

Qaziler.az bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının açılış mərasimində deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı“ əməliyyatının gedişində öldürülən terrorçuların sayının 3171-ə yüksəldiyini açıqlayıb.

Türkiyə prezidentinin sözlərinə görə, Afrin tam mühasirəyə alınmaq üzrədir: "Hər an Afrinə girə bilərik".

Ərdoğan: "Bu gün Afrindəyik, sabah Minbiçdə olacağıq, ertəsi gün Fıratın şərqini terrorçulardan təmizləyəcəyik. Bizim heç bir yerdə gözümüz yoxdur. Bütün bu əraziləri terrorçulardan təmizləyərək əsl sahiblərinə qaytaracayıq" - deyib.