Ermənistanda yenidən kütləvi etirazlar başlayır

Ermənistanda yenidən kütləvi etirazlar başlayır backend

Martın 10-dan başlayaraq Ermənistanda etiraz aksiyaları keçiriləcək.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Miras" partiyasının sədri Armen Martirosyan açıqlama yayıb.

Müxalif partiya sədri bildirib ki, itaətsizlik aksiyaları ölkəni böhran vəziyyətinə salan hakim rejimin dəyişdirilməsinə yönələcək. Çox güman ki, aksiyalar bir neçə gün davam edəcək.