ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayına qədər görüşməyə razılıq verib.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin müşaviri Çon In Yön bildirib."Prezident Kim Çen Inla may ayınadək görüşə razılıq verib. KXDR vədlərini konkret işlərlə həyata keçirməyincə təzyiq davam etdiriləcək", - deyə Çon In Yön vurğulayıb.



