Sobçakdan Jirinovskiyə görə üzr istədi - Video

Sobçakdan Jirinovskiyə görə üzr istədi - Video backend

Rusiya prezidentliyinə Kommunist Partiyasından namizəd olan Pavel Qrudinin “Birinci kanal”da debat zamanı digər namizəd Kseniya Sobçakdan Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin onu təhqir etməsinə görə üzr istəyib.

Axar.az xəbər verir ki, Qrudinin 8 Mart öncəsi Sobçakdan bütün kişilər adından üzr istədiyini bildirib.

“Bizim kollektivimizdə hamısı kişidir və yalnız bir qadın var. Burada olan namizədlərdən biri onun xətrinə dəyib və hələ də üzr istəməyib. Məncə, burada olan bütün kişilər belə xoş olmayan vəziyyətə görə günahkardırlar. Bütün kişilərin adından ondan üzr istəyirəm və hesab edirəm ki, biz hamımız onu təbrik etməliyik”.

Qrudinin bu sözlərdən sonra Kseniya Sobçaka gül verib və studiyanı tərk edib.