O təpə 9 şəhidin şərəfinə "Şəhidlər Təpəsi" adlandırıldı - TÜRK BAYRAĞI SANCILDI

O təpə 9 şəhidin şərəfinə "Şəhidlər Təpəsi" adlandırıldı - TÜRK BAYRAĞI SANCILDI backend

Afrində Türk Silahlı Qüvvələrinin 9 əsgərinin şəhid olduğu təpənin adı dəyişdirilərək onların şərəfinə "Şəhidlər Təpəsi" adlandırılıb

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Zeytun budağı əməliyyatı çərçivəsində Raco uğrunda gedən döyüşdə 1 mart günü Kəltəpədə çiskinli və yağmurlu havanı fürsət bilən terrorçular gizləndikləri tunellərdən çıxaraq TSQ əsgərlərinə hücum etmişdi.

Həmin şiddətli döyüşdə 100-ə qədər terrorçu öldürülmüş, 9 türk əsgəri şəhid olmuş, 12 əsgər yaralanmışdı.

Türk əsgərləri terrorçuların məhv edildiyi Kəltəpə bölgəsində xain hücumun olduğu yerə Türk bayrağı asaraq təpənin adını "Şəhidlər Təpəsi" adlandırdılar.