ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini bərpa edir

ABŞ-ın Türkiyədəki səfirliyi fəaliyyətini bərpa edir backend

ABŞ-ın Türkiyədəki səfirliyi öz işini martın 7-də bərpa edəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ diplomatik nümayəndəliyinin təmsilçisi Devid Qeyner məlumat verib.

"ABŞ-ın Ankaradakı səfirliyi sabah normal rejimdə işləməyə və xidmət göstərməyə başlayacaq. Göstərdiyi dəstəyə görə Türkiyə polisinə dərin minnətdarıq", - deyə diplomat bildirib.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfirliyi martın 5-də təhlükəsizlik məqsədi ilə fəaliyyətini müvəqqəti dayandırıb.