Afrində son vəziyyət

Afrində son vəziyyət backend

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatının 46-cı günü davam edir.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 20 yanvarda start götürən əməliyyatlar nəticəsində öldürülən terrorçuların sayı 2872 nəfərə çatıb.

Strateji əməliyyətli yerlərdən olan Cindərəs mühasirəyə alınıb. Hərəkat başlayandan bu yana 3 yaşayış məntəqəsi, 114-ü kənd olmaqla 144 yerdə nəzarət təmin edilib.