PKK-dan “yaş adyal” hiyləsi: türk əsgəri son anda duyuq düşdü

PKK-dan “yaş adyal” hiyləsi: türk əsgəri son anda duyuq düşdü backend

PYD-PKK terrorçuları 8 türk hərbçisinin şəhid olduğu 1083 saylı Keçəl Təpəyə ikinci dəfə hücuma keçmək istəyib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, 40 terrorçu pilotsuz uçuş aparatlarından yayınmaq üçün yaş adyalların altında gizlənərək növbəti hücuma cəhd edib. Lakin türk hərbçiləri son anda PUA-larla onların yerini təyin edib və öldürücü zərbə endirib. Əməliyyat zamanı terrorçuların hamısı məhv edilib.

Qeyd edək ki, terrorçuların bir müddət əvvəl 1083 saylı təpəyə hücumu nəticəsində 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.