Ərdoğan: "Türkiyə silahlı qüvvələri bu gün Afrində, sabah Manbicdə olacaq"

Ərdoğan: "Türkiyə silahlı qüvvələri bu gün Afrində, sabah Manbicdə olacaq" backend

Türkiyənin hərbi qüvvələri Suriyanın Manbic rayonunun terrorçulardan təmizləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyəli lider qeyd edib ki, "Zeytun budağı" əməliyyatı Suriyanın bütün şimalı boyu İraqla sərhədə qədər davam edəcək.

R.T.Ərdoğan bəyan edib: "Türkiyə hərbi qüvvələri bu gün Afrində, sabah Manbicdə olacaqlar".