“Zeytun budağı” əməliyyatında 2777 terrorçu öldürülüb

“Zeytun budağı” əməliyyatında 2777 terrorçu öldürülüb backend

Türk Silahlı Qüvvələrindən verilən məlumata görə, məhv edilən terrorçu sayı 2777 oldu.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, “Zeytun budağı” əməliyyatının 45-ci günündə məhv edilən terrorçu sayı 2777-ə çatıb. Dünən axşamdan indiyə qədər 109 terrorçu öldürülüb.

Əməliyyatın gedişində dünən Seyh Hadid mahal mərkəzi, bura bağlı Soğulcak və Aranda kəndləri, Racoya bağlı Hacı Halil və Halilo kəndi, Şeran mahalındakı Bafliyon kəndi və dağı terrorçulardan təmizlənib.