Əsəd şəxsən təsdiqlədi: Rejim qüvvələri Afrində

Əsəd şəxsən təsdiqlədi: Rejim qüvvələri Afrində backend

Türkiyənin “Zeytun budağı” əməliyyatını təşkil etdiyi Afrin bölgəsinə göndərilən dəstələr rejimə tabe olan qüvvələrdir.

Axar.az xəbər verir ki, bu barədə Suriya Prezidenti Bəşər Əsəd danışıb.

“Qüvvələrimizin Afrin şəhərinə girməsi olduqca normaldır. Əcnəbilərin təhdidindən söhbət gedəndə bütün birləşmələr vəhdət göstərməlidir. Suriyadakı komponentlər arasında birlik olmalıdır”, - Əsəd bildirib.

Qeyd edək ki, fevral ayının 20-də Bəşər Əsədə sadiq qüvvələrin Suriyanın Afrin şəhərinə daxil olduğu xəbəri yayılmışdı.