Putin Ceyhun Aslanovu ABŞ-a təhvil verməyəcək

Putin Ceyhun Aslanovu ABŞ-a təhvil verməyəcək backend

ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilən Rusiya vətəndaşları Birləşmiş Ştatlara təhvil verilməyəcək.

Qaziler.az AzVision.az-a istinadən xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

“Rusiya öz vətəndaşlarını heç bir ölkəyə, o cümlədən ABŞ-a ekstradisiya etmir”, - deyə Putin suala cavabında bildirib.

Qeyd edək ki, ABŞ-da xüsusi prokuror Robert Müller 13 Rusiya vətəndaşını və 3 hüquqi şəxsi ABŞ-dakı seçkilərə müdaxilə cəhdində ittiham edib. Bu şəxslərin arasında Azərbaycan əsilli Ceyhun Aslanov da var.