Moskvanın mərkəzində Kseniya Sobçaka hücum olub

Moskvanın mərkəzində Kseniya Sobçaka hücum olub backend

Moskva şəhərinin mərkəzində Rusiya prezidentliyinə namizəd Kseniya Sobçaka hücum olub.

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak naməlum şəxsin hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, K.Sobçak bu barədə Tvitter hesabında məlumat yayıb.

O bildirib ki, hadisə Petrovski Yol Sarayında Mixail Qorbaçovun ad gününə həsr olunmuş mərasimdən çıxan zaman baş verib. Nəticədə Sobçak yerə yıxılıb.

“Bu, Jirinovskiyə görədir”, - deyə prezidentliyə namizəd hücumdan sonra qışqıraraq deyib.

Mühafizəçi dərhal hadisəni törədən şəxsi yaxalayıb. Olay barədə polisə məlumat verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl prezidentliyə namizədlərin televiziyada təşkil olunan debatında Sobçak Vladimir Jirinovskinin üzünə su atmışdı.