Türk Silahlı Qüvvələri tərəfindən başladılan Zeytun budağı əməliyyatının 44-cü günündə Bafelyon kəndi və dağı terrorçulardan təmizlənib
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Afrindən 13 km uzaqlıqda yerləşən Burseya dağının terrorçulardan təmizlənməsindən sonra əməliyyatın istiqaməti Bafelyon dağına yönəlmişdi.Burseya dağından bir neçə km uzaqlıqda olan Afrinin qərbindəki Bafelyon kəndi və eyni adlı dağ da terror təşkilatından təmizlənib.
Qeyd edək ki, Bafelyon dağında beton qüllələr inşa edən terrorçular oaradan raket atırdılar.
Bölgədə terrorçuların tikdiyi tunellər də bir-bir təmizlənib.