Atatürkün son qərargahı olan Racoda “Mustafa Kamalın əsgərləriyik” YAZISI - 100 il sonra

Atatürkün son qərargahı olan Racoda “Mustafa Kamalın əsgərləriyik” YAZISI - 100 il sonra backend

Türkiyə Cümhuriyyəti tarixində önəmli yerə sahib olan Raco bölgəsinə "Mustafa Kamalın əsgərləriyik" mesajı buraxılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu birliklərinin girdiyi Raco mərkəzində terrorçular tərəfindən qurulan maneələrin aradan qaldırılmasına və əvvəlcədən hazırlanan əldəqayırma partlayıcılar ilə minaların məhv edilməsinə başlanıldığı bildirilib.

Terrorçulardan təmizlənən Raco strateji əhəmiyyəti baxımından tarixi olaraq da önəmli ərazidir. Raco, Mustafa Kamal Atatürkün 1918-ci ildə Katme döyüşündən sonra ordu qərargahını köçürdüyü bölgə olaraq tanınır.