Afrinin şimalındakı Kəfr Cənnə bölgəsində olan, rusların YPG-yə buraxdığı qərargah türk əsgərləri tərəfindən vurulub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin istiqməti üzərindəki Raco, Hamilək, Ramadiyə, Badinli, Əli Bezanlı və Çəmənli bölgələri terrorçulardan təmizlənib.Son olaraq Afrinin Kəfr Cənnə bölgəsində olan rus bayraqlı YPG qərargahı Türk Hava Qüvvələri tərəfindən tam dəqiqliklə vurulub. İlkin məlumata görə, burada 36 terrorçu öldürülüb.
Verilən məlumata görə, qərargahı Əsədin terrorçulara dəstək olmaları üçün göndərdiyi rejim əsgərləri istifadə edirdi.
_1520168880.jpg)
_1520168880.jpg)
_1520168880.jpg)
_1520168940.jpg)
_1520168940.jpg)