Ağ Evdə bir nəfər özünü odlu silahla vuraraq intihar edib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evdə hadisə zamanı olan jurnalist Rebeka Rodrigez şəxsi Tvitter hesabında yazıb.“İndi birinin vurulduğunu gördüm”,- deyə o qeyd edib.
Hadisə ilə əlaqədar prezident sarayında həyəcan siqnalı verilib. ABŞ Prezidenti Donald Trampın sarayda olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, Ağ Evdə həyəcan siqnalı verilərkən hər kəs olduğu yerdə qalmalı, bütün giriş-çıxışlar müvəqqəti olaraq bağlanmalıdır.