İŞİD terror qruplaşması Pakistanın Karaçi şəhərində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlum olduğu kimi, Karaçidə naməlum silahlılar tərəfindən avtobusun atəşə tutulması nəticəsində 43 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Ölənlər arasında 16 qadının olduğu bildirilir .