Polşa Almaniyadan 850 milyard təzminat istəyir

Polşa Almaniyadan 850 milyard təzminat istəyir backend

Polşa II Dünya müharibəsi zamanı Almaniyanın təcavüzündən 850 milyard dollar zərər görüb.

Axar.az xəbər verir ki, bu barədə Polşa parlamentinin Təzminat komissiyasının rəhbəri Arkadiuş Mulyarçik danışıb.

Komissiya rəhbəri sözügedən məbləğin böyük olmasına baxmayaraq, əsaslandırıldığını bildirib. Onun sözlərinə görə, II Dünya müharibəsi zamanı baş verənlər üçün Almaniyadan təzminat almaq Rusiya ilə müqayisədə daha real görünür.

Təzminatla bağlı rəsmi hesabat və sənədlər hazırlandıqdan sonra məbləğin ödənilməsi üçün Almaniyaya müraciət ediləcək.

Qeyd edək ki, Almaniya hökuməti Polşa ilə təzminat məsələsinin birdəfəlik bağlandığını açıqlamışdı.