Keçən ilin oktyabrında Las-Veqasdakı musiqi festivalında Stiven Peddok tərəfindən qətlə yetirilən 58 nəfərin yaxınlarının hər birinə 275 min dollar veriləcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Las Veqas Viktims Fand” yayıb. Pulun verilməsinə martın 5-də başlanılacaq. Hücumda ağır yaralananlardan 10 nəfərinə də 275 min dollar ödəniləcək.Bununla əlaqədar yaradılan fonda 31,5 milyon dollar vəsait toplanıb. Fonda Selen Dion, Amerika futbol klubu “Oklen Rayders”, Mayk Tayson kimi şəxslər ianə veriblər.
2017-ci ilin oktyabrında Peddok özünün yaşadığı oteldən musiqi festivalında iştirak edən tamaşaçılara atəş açıb. Nəticədə 58 nəfər həlak olub, 489 nəfər yaralanıb.
Peddok bu hadisədən dərhal sonra özünü öldürüb.