Netanyahu beş saat dindirildi

Netanyahu beş saat dindirildi backend

İsrailin baş naziri Binyamin Netanyahu korrupsiya cinayəti üzrə polisdə 5 saat dindirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "İbrani" radiosu məlumat yayıb.

Netanyahu və həyat yoldaşı Sara Netanyahu Lod şəhərindəki polis idarəsində ifadə veriblər.

Netanyahuya İsraildəki ən böyük telekommunikasiya şirkəti olan "Bezeq"lə bağlı suallar verilib.

İsrailin "Valla" xəbər agentliyinin yazdığına görə, baş nazir vəzifə səlahiyyətlərindən istifadə edərək "Bezeq"ə bəzi üstünlüklər qazandırıb və bunun qarşılığında müəyyən tələblər irəli sürüb.

Qeyd edək ki, Binyamin Netanyahu və onun ailə üzvləri sahibkarlardan yüz minlərlə şekel dəyərində hədiyyələr almaqda ittiham olunurlar. Polis ölkədə və xaricdə olan bir neçə şahidi dindirib.

Netanyahu bütün ittihamları rədd edib