Azad Suriya Ordusunun Azezin Nur mahalındakı qərərgahında təlimlərini başa vuran Əl-Həmzə Tugayının 600 nəfərlik xüsusi qüvvələr bölüyü ”Zeytun budağı” əməliyyatına qoşulub.
Qaziler.az bildirir ki, Azad Suriya Ordusunun tərkibində yaradılan, aralarında afrinli kürdlərin də olduğu 600 nəfərlik xüsusi təyinatlı qüvvələr Zeytun budağı əməliyyatında türk əsgərinin yanında bölücü terror təşkilatı YPG/PKK-ya qarşı mübarizəyə hazırdır.Həmzə Tugayı Twitter-dəki hesabında atdığı bir mesajda, təlimlərini tamamlayan xüsusi təyinatlı qüvvələrdən 600 nəfərlik bir bölüyün bu gün ”Zeytin budağı” əməliyyatına qatıldığını bildirdi.
Açıqlamada 600 nəfərlik bölüyün təxminən 400-nün afrinli kürd olduğu bildirilib.


