Azad Suriya Ordusu Racoya girdi - ŞİDDƏTLİ DÖYÜŞLƏR BAŞLADI

Azad Suriya Ordusu Racoya girdi - ŞİDDƏTLİ DÖYÜŞLƏR BAŞLADI backend

Afrinin terrorçulardan təmizlənməsi üçün Türk Silahlı Qüvvələri tərəfindən keçirilən və Azad Suriya Ordusu birliklərinin də qatıldığı Zeytun budağı əməliyyatı çərçivəsində Raco bölgəsi ilə bağlı əməliyyatın səhər saatlarından etibarən başladığı bildirilir.

Qaziler.az bildirir ki, DHA-nın xəbərinə görə, Türkiyə vaxti ilə saat 11.20-də Racoya daxil olunub. Şəhər mərkəzində şiddətli döyüşlər başlanıb.

Səhər namazından sonra əməliyyat üçün hərəkətə keçən ASO birlikləri tərəfindən Raco ətrafındakı iki kəndin alındığı bildirilib. ASO birliklərinin Racoya irəliləyişi DHA tərəfindən görüntülənib.