Obama: “Kürdlər kimi yaxın dostumuz yoxdur”

Obama: “Kürdlər kimi yaxın dostumuz yoxdur” backend

“ABŞ-ın İraqda və Yaxın Şərqdə kürdlər kimi yaxın dostu yoxdur”.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Barak Obama İraq Kürd Regional Rəhbərliyinin liderləri ilə mayın əvvəlində Ağ Evdə görüşü zamanı deyib. Kürd baş nazirinin köməkçisi Kubat Talabani Obama ilə görüşün bilinməyən tərəflərini ictimaiyyətə açıqlayıb:

“Obama peşmərgəyə böyük önəm verir. Artıq ABŞ-ın kürdlərə qarşı siyasətində ciddi dəyişikliklər var. Obama prezidentimiz Məsud Bərzanini və onu müşayiət edən heyəti qarşıladığı kimi hələ digər muxtar vilayətlərin rəhbərliklərini qarşılamamışdı”.

Qeyd edək ki, mayın 3-də İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani ABŞ-a səfər edib. O, səfər çərçivəsində Obama ilə görüşüb.
Diaspora